Sabah paytaxtda yağış, rayonlarda isə qar yağacaq 05 Mart 2016 02:00 Ölkə Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Maide.az-a verilən məlumata görə, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 10-14, Bakıda gecə 5-7, gündüz 12-14 dərəcə isti olacaq. Azərbaycan rayonlarında martın 6-da arabir yağış yağacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimal olunur. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10, gündüz 13-18, dağlarda gecə 3-6, gündüz 6-9 dərəcə isti olacaq. Teqlər : #Sabah paytaxtda yağış,#rayonlarda isə qar yağacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Paytaxtda iri marketlər bağlanır Ərşad Hüseynov: “Marşrut sahibləri öhdəliklərə əməl etmədikdə, müqaviləyə dərhal xitam verilməli və marşrut ondan alınmalıdır”