Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

8 avqustda gözlənilən hava şəraiti açıqlanıb.
 
Maide.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək. 
 
Havanın temperaturu  Abşeron yarımadasında gecə 21-24, gündüz  32-36, Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 759 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz təşkil edəcək. 
 
Abşeron çimərliklərində cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.
 
8 avqustda Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir  güclənəcək. 
 
Havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə  isti olacaq.   
 
Tibbi-meteoroloji proqnoz
 
Avqustun 8-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün  əsasən əlverişlidir
 

 

Google+ WhatsApp ok.ru