Sabah ilin son Günəş tutulması baş verəcək

Sabah ilin son Günəş tutulması baş verəcək

Sabah 2019-cu ilin son Günəş tutulması qeydə alınacaq.
 
 
Həlqəvari tutulma hadisəsi dekabrın 26-da Bakı vaxtı ilə saat 06:30-da başlayacaq.
 
Tam tutulma saat 07:37-də olacaq, saat 09:34-də maksimuma çatacaq və saat 10:58-də tam tutulma bitəcək. Proses saat 12:06-da yekunlaşacaq.
 
Təbiət hadisəsini Asiya, Avstraliya, Səudiyyə Ərəbistan, Hindistan, Sumatra, Borneoda izləmək mümkün olacaq.
 
Bakıda isə Günəş tutulmasını səhər saat 08:03-dən 08:52-dək - səhər tezdən Günəş doğan ərəfədə üfüqə yaxın yerdə izləmək olacaq. /Report
 

Google+ WhatsApp ok.ru