Sabahdan Sabunçuya elektrik qatarlarının hərəkəti bərpa edilir 29 Oktyabr 2019 09:18 Ölkə Sabahdan elektrik qatarlarının Sabunçu stansiyasınadək hərəkəti bərpa olunacaq. Bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər. Qeyd olunub ki, oktyabrın 29-dan etibarən Bakı-Sabunçu-Bakı elektrik qatarlarının Sabunçu stansiyasına kimi hərəkəti bərpa olunur: "Bakı-Sabunçu-Bakı elektrik qatarlarının qüvvədə olan hərəkət qrafiki saxlanılır". Qeyd edək ki, avqust 26-dan Sabunçu dəmir yolu stansiyasının ərazisindəki avtomobil keçidində tunelin inşası ilə əlaqədar olaraq, Bakı-Sabunçu-Bakı elektrik qatarları Bakıxanov dayanacağına qədər hərəkət edirdi. Teqlər : #Sabahdan,#Sabunçuya,#elektrik,#qatarlarının,#hərəkəti,#bərpa,#edilir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Xəzərin çirklənməsi problemləri müzakirə edilib 3 rayonda qaz olmayacaq