Sabah Bakıda yağış yağacaq

Aprelin 4-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.
 
Maide.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, mülayim qərb küləyi günün ikinci yarısında cənub küləyi ilə əvəz olunacaq.Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 11-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət gecə 70-80 faiz təşkil edəcək.
 
Azərbaycanın rayonlarında aprelin 4-də arabir yağış yağacaq. Dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8, gündüz 11-16, dağlarda gecə 0-4, gündüz 5-10 dərəcə isti olacaq. /
 

Google+ WhatsApp ok.ru