Sabah Bakıda havanın temperaturu 37, rayonlarda isə 38 dərəcəyədək yüksələcək

Avqustun 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində günəşli olacağı gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, gündüz cənub-şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 22-26, gündüz 32-37 dərəcə isti olacaq.
 
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı, lakin gecəyə doğru bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 24-29 dərəcə isti olacaq.

Google+ WhatsApp ok.ru