Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb
 
Maide.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə:
 
Bakıda və Abşeron yarımadasında                                    
Mayın 04-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə yarımadanın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gün ərzində mülayim şimal-qərb küləyi əsəcək.
 
Havanın temperaturunun Abşeron yarımadasında gecə 11-15, gündüz 20-25, Bakıda gecə 13-15, gündüz 22-24 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz təşkil edəcək. 
 
Azərbaycanın rayonlarında
Mayın 04-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, gündüz bəzi rayonlarda yağışda qısa fasilə yaranacağı gözlənilir. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 10-15, gündüz 21-26, dağlarda gecə 5-9, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir. /

Google+ WhatsApp ok.ru