Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

 
Bakı və Abşeron yarımadasında oktyabrın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Səhər bəzi yerlərdə zəif duman, çiskinli olacaq. Cənub küləyi əsəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinindən Maide.Az-a verilən məlumata görə, havanın temperaturunun yarımadada gecə 15-18° isti, gündüz  21-26°, Bakıda gecə 15-17° isti, gündüz  24-26° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 70-80%, gündüz 45-55% təşkil edəcək.
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacağı, şərq rayonlarında isə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
 
Şərq küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 11-16° isti, gündüz 22-27° isti, dağlarda gecə 7-12° isti, gündüz 17-22° isti olacağı gözlənilir. /

Google+ WhatsApp ok.ru