Səudiyyə Ərəbistanı Yəməndə yeni dinc sakinləri hədəfə aldı 11 Noyabr 2020 17:02 Yəmən 9 ayda Yəməndə 1500-dən çox dinc sakin öldürülüb Yəmənin paytaxtı Səna şəhəri yenidən aviazərbələrə məruz qalıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda vurğulanır ki, hücum nəticəsində mülki binalar hədəfə alınıb. Ölənlərin və yaralananların olduğu bildirilir. Qeyd edək ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı 2020-ci ilin ilk doqquz ayında Yəməndə 1500-dən çox dinc sakinin öldüyünü və yaralandığını bildirib. “Yalnız 2020-ci ilin yanvarından sentyabr ayına qədər Yəməndə 1508 dinc sakin öldürüldü və ya yaralandı” BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı qurbanların 42%-nin qadın və uşaqlar olduğunu əlavə edib. Xatırladaq ki, artıq 6 ilə yaxındır ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb. Amansız hücumlar nəticəsində 85 min yəmənli həyatını itirib və ya yaralanıb. Öldürülənlərdən 16 min nəfəri dinc sakinlərdir. 8,4 milyon nəfərin aclıq həddinə yaxınlaşdığı bildirilir. Teqlər : #Səudiyyə,#Ərəbistanı,#Yəməndə,#yeni,#dinc,#sakinləri,#hədəfə,#aldı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Səudiyyə rejiminin cinayətləri nəticəsində Yəməndə xərçəng xəstələrinin sayı artıb BMT: Yəmənlilər ac deyil, acından ölürlər
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'