Səudiyyənin Yəməndə aviazərbələri nəticəsində ölən mülki şəxslərin sayı 25-ə çatıb 16 İyul 2020 09:18 Yəmən Sədiyyə Ərəbistanı koalisiyasının hərbi təyyarələri Yəmənin əl-Couf və Mərib əyalətlərinə şiddətli aviazərbələr endiriblər. Əl-Couf əyalətinə endirilən hava zərbələrində ölənlərin sayı 25-ə çatıb. Maide.Az "tasnimnews"ə istinadla xəbər verir ki, bu barədə Yəməndə əl-Couf əyalətinin səhiyyə mənbələri məlumat veriblər. Bildirilib ki, ayın 14-də rayonun Musaafatil əl-Maraziq bölgəsinə endirilən hava zərbələrində çoxu qadın və uşaq olmaqla 25 mülki şəxs həyatını itirib. Məlumata görə hava zərbələri axşam çağı qadınların olduğu toy mərasimi zamanı endirilib. Qeyd edək ki, cari ayın 12-də də Həcca əyalətinin əl-Vəhşa rayonuna endirilən oxşar hava zərbələri nəticəsində hamısı qadın və uşaq olmaqla 9 nəfər həyatını itirmişdi. Xatırladaq ki, 2015-ci ildən bu günə kimi Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmənə təcavüz edir. Hərbi təcavüz nəticəsində on minlərlə insan həyatını itirib, milyonlarla insan xəstəliyə məhkum olub və məcburi köçkün vəziyyətinə düşüb. Səudiyyə və tərəfdaşları dəniz və havadan blokada şəraitində olan Yəmənə zəruri ərzaq və tibbi ləvazimatın daxil olmasına mane olur. Hazırda blokada nəticəsində milyonlarla yəmənli ağır şərtlər altında yaşamağa məcburdur. Buna baxmayaraq, yəmənlilər döyüş meydanında təcavüzkarlara qarşı mübarizəni davam etdirirlər. Teqlər : #Səudiyyə Ərəbistan ,#Yəməndə,#aviazərbə, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru BMT: Yəməndə vəziyyət dözülməz həddə çatıb Beynəlxalq yardım təşkilatları Yəməndə ərzaq qıtlığı barədə xəbərdarlıq edir
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'