Səudiyyə Yəməndə uşaqlarla dolu avtobusu vurduğunu etiraf etdi 03 Sentyabr 2018 01:00 Yəmən Səudiyyə başda olmaqla koalisiya qüvvələri Yəməndə məktəb avtobusunu vurduğunu etiraf edib. Onlar uşaqlarla dolu ictimai nəqliyyatı "səhvən bombaladığını" deyib. Maide.Az-ın FaktXeber.com-a istinadla məlumatına görə, Saada əyalətində həmin bombardmanı araşdıran Mansur əl Mansur təqsirkarları cəzalandırmağa və zərərçəkənlərə humanitar yardım verilməsinə çağırıb. Xatırladaq ki, Yəmənin Saada əyalətinin Dahian şəhərində uşaqlarla dolu avobus Səudiyyə başda olmaqla Koalisiya Qüvvələrinin aviazərbələrə məruz qalmışdı. Beynəlxalq Qırmızı Xaç Cəmiyytəinin məlumatına görə, nəticədə 40-ı uşaq olmaqla 51 nəfər həyatını itirib. CNN öz araşdırmasının nəticəsi olaraq bildirib ki, bomba ABŞ-da hazırlanıb və Səudiyyə Ərəbistanına satılıb. Xəbərdən dərhal sonra Ərəb koalisiyası israrla legitim hədəflərə aviazərbələr endirdiklərini bildirirdilər. Lakin sonra bombardmana həmin vaxt şəhər bazarından keçən uşaqlarla dolu avtobusun məruz qaldığı barədə çoxlu şahidlər çıxdı. Human Rights Watch baş verənləri müharibə cinayəti adlandırıb. Eyni zamanda Birləşmiş Millətlər Təşkilatının (BMT) nəzarəti ilə yaradılan beynəlxalq Yəmən heyəti müharibənin hökm sürdüyü ölkədə fərari prezident Mənsur Hadinin və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın müharibə cinayəti törətdiyinə dair əsaslar olduğunu açıqlayıb. Qeyd edək ki, CNN bombardmandan əvvəl uşaqların son görüntüləri barədə videonu paylaşmışdı. Teqlər : #Səudiyyə Yəməndə uşaqlarla dolu avtobusu vurduğunu etiraf etdi , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yəməndə qətliam - 9 gündə 450 nəfər öldürülüb Yəmənli zəvvarların olduğu avtobus yanıb: Ölən və yaralananlar var
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'