Səna hava limanı humanitar yardımlar gətirən təyyarələri qəbul etməyə başlayıb

Maide.az-ın məlumatına görə, "əl-Minar" xəbər yayıb ki, Ərəbistanın elan edilmiş atəşkəsi pozaraq Yəmənin Sədə vilayətinə qarşı hücumlarını davam etdirməsinə və bəzi vilayətlərdə vəziyyətin ağır olmasına baxmayaraq, məktəblərdə yekun imtahanlar keçirilib. 
 
Digər tərəfdən, bir qrup yəmənli qadın dünən BMT-nin Sənadakı ofisi önündə piket keçirərək, Yəmənə qarşı baş verənlər qarşısında bu təşkilatın öz vəzifəsinə əməl etməsini istəyib.
 
Bu arada Yəmənə qarşı amansız hücumlar və bu ölkənin mühasirəyə alınmasından 50 gün sonra nəhayət humanitar yardımlar və yanacaq məhsullarının ölkəyə buraxılmasına icazə verilib. 
 
Yəmənin Milli Neft Şirkəti mövcud ehtiyatların tələbatı təmin etmək üçün kafi olduğunu təsdiqləyib. 
 
Bu şirkət həmçinin istəyib ki, vətəndaşlar əməkdaşlıq və təyin olunmuş ölçüyə riayət etsinlər.

Google+ WhatsApp ok.ru