Səudiyyə şahzadəsinin Yəmən sərhədi yaxınlığında ölməsi təsdiqləndi

Səudiyyə Ərəbistanı ordsunda general rütbəsində xidmət edən ərəbistanlı şahzadə bu həftənin əvvəlində Yəmən ordusunun Ərəbistan ordusunun sərhəd postuna hücumunda ölüb.
Maide.az xəbər verir ki, Fars xəbər agentliyinin məlumatına görə, şahzadə Fəhd bin Tərəki bin Əbdüləziz üç digər səudiyyəli hərbçi ilə birgə hücum zamanı posta baxış keçirirmiş və hücum nəticəsində öldürülüb. Ərriyad rəsmiləri üç digər səudiyyəli hərbçinin ölümünü təsdiqləyib, lakin şahzadə Fəhd bin Tərəki bin Əbdüləzizin ölüm xəbərini elan etməkdən çəkiniblər.
Şahzadə Fəhd bin Tərəki bin Əbdüləziz səudiyyə rejiminin təsisçisi Əbdüləzizin iyirmi birinci oğlu Tərəkinin övladı və Səudiyyə Ərəbistanının quru qoşunlarının komandanının müavini, eləcə də desant bölməsi komandiri idi. 
Şahzadə Fəhd bin Tərəki bin Əbdüləziz Feysəlin krallığa zamanından kral Fəhdin dövrünədək, 1983-cü ildə Ərəbistan müdafiə nazirinin müavini və bu ölkənin hava qoşunlarının komandanı olub./
 

 

Google+ WhatsApp ok.ru