Rusiya Səudiyyənin Yəmən blokadasını yardı 14 Aprel 2015 01:00 Yəmən Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələrinin Yəmənə tətbiq etdiyi blokadaya baxmayaraq, Rusiyaya məxsus döyüş gəmilərinin Yəmən quru sularına daxil olduğu açıqlayıb. Maide.az-ın Yəmənin "İbb Press" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Sanadakı siyasi mənbələr Rusiya döyüş gəmilərinin Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya blokadasını yardığını və koalisiya qüvvələrindən icazə almadan Yəmən sularına girdiyini açıqlayıb. Bu barədə danışan mənbələr Səudiyyə koalisiyanın Rusiya təyyarələrinin Yəməndəki vətəndaşlarını təxliyə etmək üçün Sana hava limanına enişinə icazə verməyi gecikdirməsinə görə Rusiyanın da döyüş gəmilərini hərəkətə keçirməyə qərar verdiyini bildirib və Səudiyyə koalisiyanın Rusiya gəmilərinə mane olmağa cəsarət etmədiyini deyib. Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov dünən Rusiya Dəniz Qüvvələrinə aid gəmilərin 45-i Rusiya vətəndaşı olmaqla 308 nəfəri Yəməndən çıxardığını açıqlamışdı. "İbb Press" informasiya agentliyi başqa bir xəbərində də ölkənin cənubundakı Abyan sahilindən Yəmənə girməyə çalışan Misir ordusuna mənsub 40 əsgərin bir qisminin öldürüldüyünü, bir qisminin isə əsir götürdüyünü yazıb. Teqlər : #Rusiya Səudiyyənin Yəmən blokadasını yardı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru BMT Təhlükəsizlik Şurası Yəmənlə bağlı qətnaməni səsə qoyacaq Ərəbistanın hücumlarında 2 min mülki vətəndaş öldürülüb
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'