İraqda 6 azərbaycanlı qadın ömürlük mühakimə edilib 30 Aprel 2018 01:00 Xəbərlər -- İŞİD-in tərkibində terrorçuluq fəaliyyətində iştiraka görə 29 əcnəbini ömürlük həbs cəzasına məhkum edib Aprelin 29-da İraq məhkəməsi İŞİD-in tərkibində terrorçuluq fəaliyyətində iştiraka görə 29 əcnəbini ömürlük həbs cəzasına məhkum edib. "Əl-qüds-əl-Ərəbi" kanalı bildirib ki, mühakimə edilən qadınların arasında 6 nəfər azərbaycanlı qadın var. Bundan əlavə, 19 nəfər Rusiya və 4 nəfər Tacikistan vətəndaşı mühakimə edilib. Proses zamanı qadınlar bildiriblər ki, İraqa öz ərləri ilə birlikdə gəliblər, onları terrorçu hərəkatda iştiraka məcbur ediblər. Qadınlar Telafer şəhəri uğrunda döyüşlər zamanı əsir düşüblər.(contact.az) Teqlər : #İraqda 6 azərbaycanlı qadın ömürlük mühakimə edilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıdan Vyanaya sərnişin qatarı işləyəcək BMT Təhlükəsizlik Şurasında sədrlik Polşaya keçdi