İran təyyarədaşıyan gəmisini suya buraxmağa hazırlaşır

Maide.az xəbər verir ki, İran İslam Respublikası Ordusu Dəniz Qüvvələri Araşdırma təşkilatının komandanı admiral Əli Qulamzadə İran ordusunun dəniz qüvvələrinin hazırda suüstü və sualtı gəmilərini hazırlama texnologiyasına sahib olduğunu bildirib.
 
"Əjdər" raketlərinin dizayn və tikintisinin də çox çətin və müasir bir layihə olduğunu xatırladan admiral, onun suüstü və sualtı düşmən gəmilərini məhvetmə qabiliyyətinə malik güclü bir silah olduğunu və İran İslam Respublikasının hazırda bu müasir silahı hazırlama texnologiyasına sahib olduğunu söyləyib.
 
"Əjdər"in yaxın vaxtlarda hazır vəziyyətə gətiriləcəyini bildirən admiral İran istehsalı olan bu silahın hazırda təkcə NATO ölkələrinin istehsalı ilə müqayisə edilə biləcəyini söyləyib.

Google+ WhatsApp ok.ru