Ramazan ayı münasibətilə Sәudiyyәdә Quba məscidində çətirlər quraşdırlır 23 May 2016 01:00 Dini məqalələr Səudiyyə Ərəbistanının İslam İşlər Nazirliyi qızmar günəşdən dindarları qorumaq üçün Mədinədəki Quba məscidinin qərb həyətində böyük çətirlərin qurulmasına başlayıb. Deyerler.Org-un verdiyi xəbərə görə, yeni quraşdırılacaq çətirlər əvvəlki çətirləri əvəzləyəcək. "Biz bütün çətirlərdə kondisioner quraşdıracağıq. Yeni çətirlər əvvəlkindən daha böyük olacaq və daha çox dindarı əhatə edə biləcək", - deyə nazirliyin Mədinə üzrə baş direktoru Məhəmməd Əl-Xatari bildirib. O, bildirib ki, çətirin quraşdırılması yaxın vaxtlarda başa çatdırılacaq və bu layihələr hazır olan məscidin genişləndirilməsi planı ilə heç bir əlaqəsi yoxdur. "Ramazan ayının gəlişi münasibətilə məscidimizə xeyli sayda müsəlmanın, o cümlədən xarici zəvvarların ziyarәti gözlənildiyi üçün, çətirlərin salındığı ərazidə yeni xalçalar, eləcə də su soyuducuları qoyacağıq", - deyə o bildirib. / Teqlər : #Ramazan ayı münasibətilə Sәudiyyәdә Quba məscidində çətirlər quraşdırlır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sərdar Hacıhəsənli (Cümə xütbəsi - 18) - AUDİO ƏXLAQIN ÜSULLARI