Çörək də bahalaşacaq – AÇIQLAMA 30 Noyabr 2016 02:00 İqtisadiyyat Qazın və işığın bahalaşması çörəyin də qiymətlərinə təsirsiz ötüşməyəcək. Maide.Az xəbər verir ki, Bakıdakı çörək istehsalı ilə məşğul olan şirkətlərdən fins.az-a verilən məlumata görə, un məmulatları, o cümlədən çörək bahalaşacaq. “Nur” çörək zavodunun satış müdiri Saməddin Məmmədxanov bildirib ki, kommunal xərclərin artması çörəyə iki şəkildə təsir göstərə bilər: “Ya çörəyin çəkisi dəyişə bilər, ya da qiymətlər artacaq. Amma hələlik bununla bağlı nəsə demək tezdir. Çörəyin bahalaşması yeni ildən baş verə bilər”. Teqlər : #Çörək də bahalaşacaq – AÇIQLAMA, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ZƏNCİRVARI BAHALAŞAMA Elman Rüstəmovdan bədbin AÇIQLAMA: “Vəziyyət gələn il mürəkkəb olacaq”