`Qüds günü` ilə bağlı konfrans keçirildi (Foto) 25 İyul 2014 01:00 Fələstin Beynəlxalq "Qüds günü" münasibətilə “Milli-Mənəvi Dəyərlər” ictimai birliyinin təşkilatçılığı ilə “Qarabağ və Qüds” mövzusunda konfrans keçirilir maide.az-ın məlumatına görə, konfrans Qurani-Kərimin oxunması ilə başlayıb. Konfransın giriş sözü ilə "Milli-Mənəvi Dəyərlər” ictimai birliyinin mətbuat katibi və İslamazeri.az saytının baş redaktoru Ramin Bayramov açıb. O, konfrans iştirakçılarını salamlayıb. Bildirib ki, "Qüds günü" ilk dəfə 1982-ci ildə İran İslam inqilabının lideri İmam Xomeyninin təşəbbüsü ilə Fələstinin azadlığına dəstək üçün keçirilib. Sonra “Milli-Mənəvi Dəyərlər” ictimai birliyinin sədri Ruhullah Novruzzadə çıxış edib. O, bildirib ki,"Qüds" vəhdət deməkdir. Daha sonra İlahiyyatçı Emil Rahiloğlu çıxış edib. "Milli Mənəvi Dəyərlər" İctimai Birliyinin bəyanatı və İsrail rejiminin Qəzzada törətdiyi cinayətlərlə bağlı hazırlanmış video-çarx nümayiş edilib. Bundan sonra DEVAM sədri Hacı İlqar İbrahimoğlu çıxış edib. İlahiyyatçının çıxışından sonra Yaşıllar partiyasının üzvü, siyasi-ictimai xadim Mayis Gülalıyev çıxış edərək qlobal dünyada Qüds mövzusuna toxunub. "Heydəri Kərrar" qrupu "Şəhadət Marşı" adlı musiqisini oxuduqdan sonra AİP sədr əvəzi Hacı Elçin Manafov da çıxış edərək, Qüdsün müsəlmanlar üçün əhəmiyyətindən danışıb. Sonra isə Hacı Rövşən Əhmədli çıxış edib. O, Qarabağ və Qüds mövzusunun oxşarlığından, İsrail və Erməni cinayətlərinə toxunub. "Birlik" təşkilatının sədri Vüsal Hətəmov çıxış edərək imperialist qüvvələrin Fələstində törətdiyi cinayətlər və bu qüvvələrə bağlı olan digər hökumətlərin susqunluğundan danışıb. Tədbir "Heydəri Kərrar" qrupunun "Sahibzaman əsgərləri" musiqisi ilə sona çatıb. Konfransda ölkənin ictimiayyət xadimləri, eləcə də tanınmış ilahiyyatçı alimlər, ziyalılar iştirak ediblər. Tədbirdən hazırlanmış video reportajı daha sonra təqdim edəcəyik. islamazeri.az/ Teqlər : #`Qüds günü` ilə bağlı konfrans keçirildi (Foto), Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Fələstin od içində Qüds Günü – dünya müsəlmanları zülmə etiraz edir!
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar