Qaz təchizatında fasilələr olacaq

Qaz təchizatında fasilələr olacaq

Astara magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq
 
İşlərin Cəlilabad və Masallı rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür
 
Noyabrın 29-da saat 09:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin “Alvadı”, “Göytəpə” və “Cəlilabad” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
 
Maide.Az SOCAR-a istinadən xəbər verir ki, təmir müddətində aparılan işlərin Cəlilabad və Masallı rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür. /

Google+ WhatsApp ok.ru