Qəzada həyatını itirən Ceyhun Aprel döyüşlərinin iştirakçısı imiş... 27 May 2020 11:30 Xəbərlər Ötən gün Sumqayıt şəhərində “Saipa” və “Opel” markalı iki minik avtomobilinin toqquşması nəticəsində həyatını itirən 4 hərbi qulluqçudan biri Aprel döyüşlərinin iştirakçısı olub. Söhbət Ceyhun Qafarovdan gedir. Aprel döyüşlərinin iştirakçısı C.Qafarov ordumuzun giziri olub. O, Lerik rayonu Siyov kəndində anadan olmuşdu. Qeyd edək ki, Ceyhun Qafarovun atası da hərbçi olub. Belə ki, mərhumun atası mayor Mehman Qafarov 1993-cü ildə Ağcabədi rayonu Avşar kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Lerik rayonu Siyov kənd orta məktəbi Mehman Qafarovun adını daşıyır.(Qafqazinfo) Teqlər : #Qəzada,#həyatını,#itirən,#Ceyhun,#Aprel,#döyüşlərinin,#iştirakçısı,#imiş..., Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiya və İraq liderləri Suriya mövzusunu müzakirə edib ABŞ-da qaradərili vətəndaşın öldürülməsi etirazlara səbəb oldu - Video