Qəzzada İsrailə casusluq edən 6 nəfər haqqında edam qərarı çıxarılıb

Qəzzada İsrailə casusluq edən 6 nəfər haqqında edam qərarı çıxarılıb

Qəzzada hərbi məhkəmə “İsrailə casusluqda ittiham” olunan 6 fələstinli haqqında edam cəzası çıxardıb. 
 
Maide.Az “shaber3”ə istinadən xəbər verir ki, Fələstin Daxili İşlər Nazirliyi İyad əl-Bəzm bildirib ki,  Qəzza Hərbi Məhkəməsi  edama məhkum olan şəxslərin 5-nin  asılaraq edam olunmasına və 1-nin isə  güllələnərək öldürülməsi haqqında qərar verib. 
 
Məhkəmə həmçinin daha 4 nəfərə  “düşmənə casusluq və vətənə xəyanət” ittihamı ilə 15 il azadlıqdan məhrumetmə cəzası verib. Biri qadın olmaqla daha 4 nəfəri isə 6-10 il müddətinə azadlıqdan məhrum edib. 
 
Məlumata görə, edama məhkum edilənlərin İsrailə ötürdükləri məlumatdan sonra bir neçə nəfər həyatını itirib.
 

 

Google+ WhatsApp ok.ru