Qəzzada 8 mindən çox xərçəng xəstəsi ölümlə üz-üzə qalıb 14 Avqust 2018 01:00 Fələstin Qəzza zolağında xəstəxanalarda təcili müalicəyə ehtiyacı olan 8260 nəfər xərçəng xəstəsi blokada ucbatından ölüm təhlükəsilə üz-üzə qalıblar. Maide.Az "felestin.info"-a istinadla xəbər verir ki, bu barədə məlumatı Fələstin Səhiyyə Nazirliyi açıqlayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Əşrəf əl-Qidra bildirib ki, xərçəng xəstələri üçün ehtiyac duyulan dərman preparatlarının 80 faizi çatışmır, bu da müalicə prosesinin dayanması və xəstələrin ölümlə üz-üzə qalması deməkdir. Nazirliyin açıqlamasına görə, Qəzzadakı əl-Rantisi hospitalında 6100 xərçəng xəstəsi var ki, onların 460 nəfəri uşaqlardır. Xan-Yunisdəki Avropa hospitalında isə 1700 xərçəng xəstəsi müalicə alır. İnsan haqları təşkilatları Fələstin prezidenti Mahmud Abbası Qəzza zolağına tətbiq etdiyi cəza kampaniyalarını dayandırmağa çağırıblar. Məhz bu sanksiya tədbirləri ucbatından xəstəxanalar işıqsız və dərmansız qalıb. Bildirək ki, Qəzza zolağı HƏMAS-ın seçkilərdəki qələbəsindən sonra 11 ildir ki, İsrail rejimi tərəfindən quru və dənizdən blokadaya alınıb. Bundan əlavə Fələstin hökuməti də buradakı dövlət qulluqçularının əmək haqlarını dayandırıb, elektrik və tibbi təminat xərclərini məhdudlaşdırıb. Teqlər : #Qəzzada 8 mindən çox xərçəng xəstəsi ölümlə üzüzə qalıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru “Qəssam Tuqayları”ndan İsrailə mesaj: “Axmaqlıq etmə” İsrail hərbçiləri fələstinli uşağı yaraladılar
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar