Qəzza xəstəxanalarında dərman yoxluğu kəskin səviyyədədir 11 Sentyabr 2017 01:00 Fələstin Fələstinin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Kudra Qəzza xəstəxanalarında dərman yoxluğunun kəskin mərhələsinə daxil olduqlarını deyərək, dərmanların və tibbi ləvazimatların 40%-nin qurtardığını bildirib. Əl-Kudra sentyabrın 10-da Fələstin İnformasiya Mərkəzinə açıqlamasında, qurtaran dərmanların və tibbi ləvazimatının xəstələrin ehtiyac duyduqları əsas şeylər olduğunu deyib. O, xəstələrin Qəzzadan kənara göndərilməsinin də dayandırıldığını xatırladıb. Səhiyyə Nazirliyinin sözçüsü, Qəzzadakı xəstələrin hüquqlarını pozmaqda sionist İsrail rejimilə yarışan Fələstin Rəhbərliyinin hərəkətləri səbəbi ilə 30 xəstənin dünyasını dəyişdiyini açıqlayıb. Qəzza xalqını müqavimətə verdiyi dəstək səbəbiylə cəzalandıran Fələstin Muxtariyyətinin sədri Mahmud Abbas, Qəzzaya qarşı bir sıra sanksiyalar tətbiq edib.(deyerler.org) Teqlər : #Qəzza xəstəxanalarında dərman yoxluğu kəskin səviyyədədir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qəzzada fələstinli 3 alim yeni nəsil kərpic ixtira etdi Blokadada saxlanılan Qəzza əhalisi Myanma müsəlmanları üçün toplaşdı
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar