Qəzza sakinləri Əl-Əqsa məscidində cümə namazı qılmaqdan məhrum edildilər

Qəzza sakinləri Əl-Əqsa məscidində cümə namazı qılmaqdan məhrum edildilər

Sionist İsrail rejimi Əl-Əqsa məscidində fələstinlilərə cümə namazı qılmağa imkan verməyib.
 
Maide.Az xəbər verir ki, işğalçı İsrail rejiminin mülki işlər idarəsinin verdiyi açıqlamaya görə, bu gün Qəzzadan cümə namazı üçün Əl-Əqsa məscidinə gələn fələstinlilər məscidə buraxılmayıblar. Buna onların cümə günü ilə bağlı olan gediş-gəliş qaydalarına əməl etməmələri səbəb göstərilib.
 
Qeyd edək ki, hər cümə günü sionist İsrail rejimi fələstinlilərin Əl-Əqsa məscidində namaz qılmalarına maneçilik törədirlər.
 

Google+ WhatsApp ok.ru