Polşada `İslam və xristianlıq arasında dialoq` seminarı

Dekabrın 8-də Polşada "İslam və xristianlıq arasında dialoq" adlı seminar keçirilir. 
Maide.az-ın məlumatına görə, Təhsil sahəsinə həsr olunmuş seminar Qum şəhəri Əl- Mürtəza Universiteti və Polşa Vrotslav Universiteti nümayəndələrinin iştirakı ilə baş tutub. 
​5 gün davam edəcək seminarda hər iki universitetdən tələbə və alimlər iştirak edir. ​
​Məlumata görə, tədbir Əl-Mürtəza Universitetinin rektoru Əhməd Zədhuşun çıxışı ilə başlayıb. ​
​Polşanın Vrotslav Universiteti təhsil və elm sahəsində 311 illik təcrübəyə sahibdir. ​
Hal hazırda universitetdə 36 000 tələbə təhsil alır, 11 fakultə və iki mindən artıq elmi şura üzvü var. /
 

Google+ WhatsApp ok.ru