Polşada azərbaycanlı məhbusları müdafiə aksiyası

Sentyabrın 21-də Varşavada ATƏT-in insan ölçüsü üzrə 2015 konfransı açılıb.
 
Bu, insan hüquqları və demokratiya məsələlərinə həsr olunan illik böyük konfransdır. Tədbiri ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu keçirir.
 
Bu 57 ATƏT ölkəsi və qurumları, tərəfdaşlar və vətəndaş cəmiyyəti təşkilatları üçün platformadır.
 
Platformada insan ölçüsü məsələləri ilə bağlı razılaşmaların həyata keçirilməsi və bu sahədə problemlər müzakirə edilir, təcrübə mübadiləsi aparılır və tövsiyələr verilir.
 
Turan-ın müxbirinin məlumatına görə,iclasın əvvəlində xarici iştirakçılardan ibarət qrup Azərbaycanda həbsdə olan hüquq müdafiəçiləri və jurnalistlərin fotoları olan maykalar geyinərək Azərbaycan nümayəndə heyətinin qarşısına çıxıb. azadliq.org/

Google+ WhatsApp ok.ru