'Payız tətili olmayacaq, distant dərslər davam edəcək' – RƏSMİ 12 Noyabr 2020 11:31 Ölkə Təhsil Nazirliyi 16-20 noyabr tarixlərində payız tətilinin olub-olmayacağına aydınlıq gətirib. Nazirlikdən APA-nın sorğusuna verilən cavaba görə, payız tətili olmayacaq, distant dərslər davam edəcək: “Digər tətillərin tarixləri ilə bağlı müvafiq qərar öncədən ictimaiyyətə açıqlanacaq”. Qeyd edək ki, Təhsil naziri Emin Əmrullayev son mətbuat konfransında buraxılmış dərslərin tətil günləri hesabına kompensasiya ediləcəyini demişdi. Ümumi təhsil müəssisələrinin dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Tədris iki yarımilə bölünür. Birinci yarımil: 15 sentyabr-26 yanvar; ikinci yarımil: 1 fevral-14 iyun. Tədris ili ərzində müəyyən edilən tətillər isə belədir: payız tətili – 16-20 noyabr (5 gün); qış tətili – 27-31 yanvar (5 gün); məktəbəhazırlıq qrupları və ibtidai siniflər üçün əlavə tətil – 1-5 may (5 gün). Teqlər : #'Payız,#tətili,#olmayacaq,#distant,#dərslər,#davam,#edəcək',#–,#RƏSMİ, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda internetə tətbiq olunan məhdudiyyət aradan qaldırıldı Ruhani Hacı İlham Əliyevin məhkəməsi keçirilib