Pakistanda partlayışlar törədilib, ölən və yaralananlar var 06 Sentyabr 2019 08:56 Xəbərlər Pakistanda 2 partlayış törədilib. Maide.Az "Report" a istinadən xəbər verir ki, hər iki hadisə Bəlucistan vilayətində, Ketta ərazisində qeydə alınıb. Belə ki, uzaqdan idarə olunan bomba "Khezai Chowk" şirkəti yaxınlığında partladılıb. Nəticədə 1 nəfər həlak olub, daha 12 nəfər yaralanıb. Məlumata görə, ikinci partlayış təhlükəsizlik qüvvələri və media nümayəndələri birinci hadisə yerinə gedərkən törədilib. Yaralılar xəstəxanalara yerləşdirilib. Hadisəyə görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib. Teqlər : #Pakistanda,#partlayışlar,#törədilib,#ölən,#və,#yaralananlar,#var, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Putin əvvəl qadağan edilən raketlərin hazırlanacağını deyir Məşhur futbolçunun oğlu futbol oynayarkən vəfat etdi