Orqanizmə zərər vuran ilk kompüter virusu hazırlanıb 06 Aprel 2019 11:37 Maraq dünyası İsrail rejim alimləri yüksəktexnologiyalı tibbi avadanlıqda boşluq aşkar ediblər. Alimlər işlək eksploit hazırlayaraq hücum həyata keçirməyə müvəffəq olublar. Hazırlanmış zərərverici proqram təminatı kompüter tomoqrafiyası və maqnit-rezonans tomoqrafiyasının nəticələrinə dəyişikliklər etməyə imkan verir. Həm də dəyişikliklər tomoqrafiya şəkillərinin həkimlər tərəfindən qəbulundan öncə həyata keçirilir. Aşkar edilmiş boşluğun köməyi ilə pasiyentin tomoqrafiya şəklinə bədxassəli şişi əlavə etmək və ya silmək olar. Yekun şəkil o qədər real görsənir ki, sınaqlarda iştirak etmiş həkimlər şəklin həqiqiliyinə şübhə etməyiblər. /azerbaycan24 / Teqlər : #Orqanizmə,#zərər,#vuran,#ilk,#kompüter,#virusu,#hazırlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ‘Skype‘ messencerində 50 nəfərdən ibarət qrup zəngləri Rəqəmsal texnologiyalar hansı peşələrin axırına çıxacaq?