Nyu-Yorkda Qəzzaya dəstək aksiyası -FOTO 28 Aprel 2018 01:00 Fələstin -- ABŞ rəhbərliyi əleyhinə şüarlar səsləndirilib ABŞ-ın Nyu-York şəhərində "Washington Square Park"da Fələstinə dəstək məqsədi ilə toplaşan etirazçılar İsrailin Qəzzadakı fəaliyyətlərini və mühasirəsini sona çatdırmağı tələb edib. Maide.az AA-ya istinadən xəbər verir ki, amerikalı müsəlmanlar, yəhudilər və digər dini azlıqların nümayəndəsinin də iştirak etdiyi aksiayda işğalçı rejimin son dövrdə Qəzza zolağında törətdiyi zorakılıqları dayandırmaq istənilib. Eyni parkda işğalçı İsrailin "müstəqillik" günü münasibətilə bayram edən israilli qrupa etiraz etmək məqsədilə toplaşan aksiyaçılar İsrail rejim rəhbərliyi ilə ona dəstək verən Amerika rəhbərliyi əleyhinə şüarlar səsləndirib. İsrailin Qəzzaya tətbiq etdiyi blokadanın dərhal ləğv edilməsini istəyən aksiyaçılar Qəzza zolağında İsrail əsgərləri tərəfindən son bir neçə həftədə şəhid edilən 45 fələstinlini də anıb. Əllərində Fələstin bayraqları ilə Fələstin lehinə plakatlar daşıyan izdiham daha sonra insidentsiz bir şəkildə dağılışıb. Qeyd edək ki, artıq 5 həftədir ki, sionist İsrail tərəfindən işğal edilmiş torpaqlarına geri qayıtmaq istəyən Fələstin xalqı bu məqsədlə “Böyük Qayıdış Yürüşü”nü davam etdirir. 1948-ci ildə içğalçı İsrail tərəfindən doğma torpaqlarından didərgin düşmüş fələstinlilər qayıdış hüququnu müdafiə etmək üçün “Böyük Qayıdış Yürüşü” keçirirlər. Sionis rejim rəhbərliyi sərhədi keçən aksiyaçıları vurmaq barədə əmr verib. Qəzza sərhədində aksiyaların əvvəlindən bu yana 45 fələstinli İsrail əsgərləri tərəfindən şəhid edilib, 5 minə yaxın nümayişçi yaralanıb. Teqlər : #NyuYorkda Qəzzaya dəstək aksiyası FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Fələstin xalqının “qayıdış” nümayişi davam edir İşğalçı İsrailə tikinti materialları ixrac edən ölkələr arasında Türkiyə birincidir - Milli Gazete
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar