Niyə AMB tələsik bankları lisenziyalardan məhrum edir?

Lisenziyadan məhrum edilən banklarda əmanətçilərə 30 min manat məbləğində depozit və ya buna ekvivalent xarici valyuta qaytarılacaq. Mövcud qanunvericiliyə görə, Əmanətlərin Sığortalanması Fondu məhz göstərilən məbləğin qaytarılmasına zəmanət verir.
 
Məlum olduğu kimi, fevralın 1-dən bütün əmanətlərin, o cümlədən 30 min manatdan çox olan əmanətlərin qorunması barədə hakimiyyətin zəmanəti qüvvəyə minir. Ekspert Əkrəm Həsənov  güman edir ki, bankların lisenziyalarının  fevralın 1-dək tələsik geri alınması o deməkdir ki, yeniliklər 30 min manatdan çox olan əmanətlərə şamil edilməyəcək. Bununla da AMB hakimiyyətin əhaliyə qaytarmalı olduğu vəsaitin həcmini azaltmağa çalışır.
 
Son həftə AMB 6 bankı lisenziyadan məhrum edib: Atrabank ASC,  Qafqaz İnkişaf Bankı,   Gandja Bank, Bank of Azerbaijan, United Credit Bank və NBCBank.

Google+ WhatsApp ok.ru