Nigeriyanı sel vurdu: Həbsxanadan 228 məhbus qaçdı 30 Oktyabr 2019 11:45 Xəbərlər Nigeriyanın Kotonkarfe bölgəsində güclü yağışlar səbəb olduğu sel nəticəsində 500-ə yaxın məhbus olan bir həbsxananın divarı uçub. Nəticədə 228 məhkum qaçıb. Bu barədə Kogi vilayətinin təhlükəsizlik müşaviri və donanma komandiri Jerry Omodara mətbuata açıqlamasında bəyan edib. Bildirilir ki, məhkumlar qaçarkən təhlükəsizlik qüvvələrindən bəzilərini yaralayayıblar. Bununla belə, Omodara bölgə sakinlərinin onlardan bəzilərini tutaraq polisə təslim etdiklərini söyləyib. Qaçanların axtarışlarına davam edilir. /FaktXeber Teqlər : #Nigeriyanı,#sel,#vurdu:,#Həbsxanadan,#228,#məhbus,#qaçdı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ Nümayəndələr Palatası qondarma erməni soyqırımını rəsmən tanıdı Enerji içkiləri ilə bağlı yeni qaydalar qüvvəyə minir