Neftin qiyməti ötən ilin iyulundan etibarən ilk dəfə 57 dolları ötüb 12 Dekabr 2016 02:00 İqtisadiyyat Dünya birjalarında neft kəskin bahalaşıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barrelə görə 2,39 dollar artaraq 53,89 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti isə 1 barrelə görə 2,31 artaraq 57,02 dollar olub. Beləliklə, Brent markalı neftin qiyməti 2015-ci ilin iyulun 21-dən etibarın ilk dəfə 57 dollar həddini aşıb. Nefti kəskin bahalaşdıran amil OPEC və qeyri-OPEC ölkələri tərəfindən hasilatın azaldılmasını özündə ehtiva edən razılaşmanın imzalanmasıdır. (apa) / Teqlər : #Neftin qiyməti ötən ilin iyulundan etibarən ilk dəfə 57 dolları ötüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hökumət 500 milyonluq kredit ala bildi - kim qaytaracaq? Azərbaycanda 600-dən çox vaqon ləngiyir