Neftin qiyməti antirekordları yeniləməkdə davam edir

Maide.az xəbər verir ki, dünəndən başlayaraq "qara qızıl"ın qiymətindəki kəskin enmələr bu gün də davam edir. Belə ki, bu gün səhər 34 dollarla açılan London qitələrarası birjasında Brent markalı neftin qiyməti 1 barel üçün 33 dollardan aşağı düşüb.
 
Hazırda Brent markalı neftin bir bareli 32,81 dollara satılır. Bu, 2004-cü ilin aprelindən bəri ən aşağı göstəricidir.
 
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,42 dollar azalaraq 32,55 dollar təşkil edib.
 
Neftin ucuzlaşmasına Çin bazarında vəziyyət və ABŞ-ın neft ehtiyatlarının artması səbəb olub.

Google+ WhatsApp ok.ru