Neft bahalaşdı, bahalaşır

Dünya bazarında neftin qiyməti yüksək olaraq qalır.
 
 Maide.Az bildirir ki, APA TV-nin məlumatına görə, birjaların səhər seanslarında "Brent" markalı neftin 1 bareli 45,18 dollardan satılıb. Bu, dünənki qiymətlərlə müqayisədə aşağı olsa da, son 24 saatın ən yüksək qiyməti sayılır. Qərbi Texas nefti də yüksək qiymətini qoruyub saxlamaqdadır. Asiya birjalarında WTI nefti 43,88 dollardan satılır. Son 24 saat ərzində Qərbi Texas nefti iki dəfə bu səviyyəyə yüksələ bilib. Ekspertlər neftin qiymətlərinin bahalaşmasına təsir göstərən yeni amillərin ortaya çıxdığını vurğulayır. Bu amillərdən biri gələn ay Rusiyada neft hasilatının dondurulmasına dair OPEK üzvü olan və kartelə üzv olmayan ölkələrin növbəti toplantısının keçirilməsi barədə razılaşmadır. Rusiyada keçiriləcək müzakirələrdə neft dövlətləri bazarda sabitlik yaratmaq üçün "qara qızılın" hasilatının müvəqqəti olaraq dondurulması məsələsini müzakirə edəcəklər. /

Google+ WhatsApp ok.ru