Üçüncü Beynəlxalq İmam Hüseyn (ə) Konfransı berlində keçirildi / FOTO

Beynəlxalq Əhli-Beyt Müəssisəsi tərəfindən təşkil edilən ənənəvi Üçüncü İmam Hüseyn (ə) və Aşura konfransı "Eşqin Şəhidi İmam Hüseyn" adı altında tanınımış simaların iştirakı ilə Almaniyada keçirilib.
 
Maide.az xəbər verir ki, Quran tilavəti ilə başlayan konfransda Ayətullah Sistaninin Moskva nümayəndəsi Seyid Məhəmməd Əli Musuli, dünya müsəlmanlarının rəhbəri Ayətullah Xamaneinin İngiltərə nümayəndəsi Dr.M.Əli Şumali, Əhli-Beyt Müəssisəsinin Almaniya nümayəndəsi Kərim Uçar, Almaniya İqtisadiyyat Nazirliyinin rəsmisi Klaus Hachmeier, İmam Əli Mədəniyyət Mərkəzinin müdiri höccətülislam Məhəmməd Mucahidi və digər qonaqlar da iştirak ediblər. 
 
Avropanın bir çox ölkəsindən qonaqların da qatıldığı konfransda İmam Hüseynin (ə) xatirəsinə Əhli-Beyt Vəqfi tərəfindən İmam Hüseyn (ə) türbəsi lövhəsi təqdim edilib.
 
 

Google+ WhatsApp ok.ru