Nazirlik ölümə səbəb olan dərmanla bağlı təcili məlumat yaydı

Nazirlik ölümə səbəb olan dərmanla bağlı təcili məlumat yaydı

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi Türkiyə Respublikasının istehsalı olan “Dormofol” adlı dərman vasitəsinin geri çağırılması barədə məlumat yayıb.

 
Nazirlikdən Maidr.Az-a verilən məlumata görə, Türkiyənin Sparta şəhər xəstəxanasında endoskopiya və kolonoskopiyadan keçən 8 xəstədən birinin anesteziya iynəsindən sonra dünyasını dəyişməsi Türkiyə Respublikasının Səhiyyə Nazirliyini hərəkətə keçirib və Türkiyə Dərman və Tibbi Cihaz Qurumu “propofol” təsir edici maddə tərkibli “Dormofol” 1%-li intravenoz inyeksiya və “Dormofol” 2%-li intravenoz inyeksiya dərman vasitəsini I dərəcə və A səviyyəsində geri çağırıb.
 
İlkin araşdırmalara görə, dərman vasitələrinin keyfiyyət problemindən şübhə edilir.
 
Əhalinin və tibb işçilərinin nəzərinə çatdırılıb ki, həmin dərman vasitələri Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmayıb və Azərbaycan Respublikasına idxal olunmayıb.
 
"Propofol" tərkibli dərman vasitələrinin risk-fayda nisbəti müsbətdir və onların təhlükəsizliyinə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət şöbəsi tərəfindən nəzarət edilir.

Google+ WhatsApp ok.ru