Naxçıvan-İran sərnişin qatarı yenidən fəaliyyətə başlaya bilər 22 Dekabr 2020 15:32 Xəbərlər Naxçıvan Muxtar Respublikası ilə İran arasında sərnişin qatarının tezliklə yenidən fəaliyyətə başlaması ilə bağlı müzakirə aparılır. Trend-in məlumatına görə, bunu İranın yol və şəhərsalma naziri Məhəmməd Eslami İranın şimal-qərbində Şərqi Azərbaycan vilayətində Təbriz-Səhənd avtomagistral yolunun istismara verilməsi ilə əlaqədar tədbirdə deyib. M.Eslaminin sözlərinə görə, İran və Naxçıvan arasında dəmiryol xətti böyük əhəmiyyət kəsb edir. O əlavə edib ki, Təbriz dəmiryolu xətti Avropa və Şimali Qafqazla əlaqə qurmaq üçün çox münasib yoldur: “Son vaxtlar bununla əlaqədar İran, Azərbaycan və Rusiya arasında üçtərəfli anlaşma əldə olunub”. Qeyd edək ki, Naxçıvan-İran sərnişin qatarları koronavirusla əlaqədar fəaliyyətini dayandırıb. Teqlər : #Naxçıvanİran,#sərnişin,#qatarı,#yenidən,#fəaliyyətə,#başlaya,#bilər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Büdcədə müdafiə və milli təhlükəsizlik xərcləri artırılır Azərbaycanda son sutkada 41 nəfər COVID-19-dan vəfat edib