NASA ən hündürdə olan buludların şəkillərini nümayiş etdirib (FOTO) 17 Fevral 2020 09:31 Maraq dünyası NASA İnstaqramda orbitdən çəkilmiş gümüşü buludların fotolarını yerləşdirib. "Bu buludları yalnız günəş üfüqdə batarkən onları işıqlandırdıqda görmək olar", - NASA izah edib. Şəkillər Beynəlxalq Kosmik Stansiyadan yer səthindən təxminən 433 kilometr hündürlükdə Sakit okeanın cənub hissəsi üzərindən çəkilib. Qeyd olunur ki, gümüşü buludlar planetimizin atmosferində ən yüksəkdə olanlarıdır. Onlar yerdən 76-85 kilometr hündürlükdə mezosfer qatında əmələ gəlirlər. /trend Teqlər : #NASA,#ən,#hündürdə,#olan,#buludların,#şəkillərini,#nümayiş,#etdirib,#(FOTO), Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yer kürəsi yaxınlığından asteroid keçdi Dünyada yarım milyon həşərat növü nəsli kəsilmək təhlükəsi ilə üzləşib