Nə üçün Allah dünyapərəstlərə kömək edir?

Ayətullah Cavadi Amuli "İsra" surəsinin iyirminci ayəsinin təfsir edərkən çoxlarının beynində olan bəzi suallara cavab verib. Maide.az-ın məlumatına görə, Ayətullah cavadi Amuli bildirib ki, bu ayəyə görə Uca Allah həm günah əhli olanlara, həm də savab işlərlə məşğul olanlara yardım edir.
 
Ayətullah Amuli bildirib ki, yaradılış aləmi tək istiqamətlidir və insanın hazırladığı materiallar kimi yaxşı və pis olaraq iki yerə ayrılmaz: "Uca Allah varlıq aləmini hüquq üzrə yaratmışdır və onda batilə yer yoxdur. Yəni yaradılış aləmi batili qəbul etməz, saxlamaz. Buna görə edilən hər batil və səhv iş dönüb sahibini tapır. "İsra" surəsinin 20-ci ayəsində belə buyurulmuşdur: "Bunların və onların (axirət və dünya istəyənlərin) hər birinə Rəbbinin əta etdiyindən kömək yetirərik. Və sənin Rəbbinin ətası əsla (bir kəsə) qadağan olunmamışdır (dünyada bütün mənəvi və maddi nemətlər mömin və ya kafir olmasından asılı olmayaraq bütün insanların ixtiyarında qoyulmuşdur)." Uca Allah bu ayədə həm günah əhli olanlara, həm də savab işlərlə məşğul olanlara yardım edəcəyini bildirir. Ancaq buradakı yardımda məqsəd İlahi yardım deyil, insanların sınanması üçün lazım olan dünyəvi yardımdır. Yəni əgər biri sələm almaq istəyirsə, Allah onun qarşısını kəsməz və pul qazanmasını mane olmaz. Əksinə, ona pul və güc verir. Bunlarla onu imtahan edər. "Fəcr" surəsində də buna bənzər ifadələr yer alıb. Orada da insan oğlunun müxtəlif imtahanlarla sınandığını bu şəkildə bəyan etmişdir: "Amma insan, Rəbbi onu imtahan edib də ona hədiyyə edəndə və nemət verdikdə, "Rəbbim mənə hədiyyə etdi" deyir. Amma onu imtahan edib, ruzisini azaltdıqda, "Rəbbim məni alçaltdı" deyir." Bu ayələrə uyğun olaraq əgər biri sağlamdırsa, bunu imtahan kimi görməlidir. Əgər xəstədirsə, yenə bunu bir imtahan olaraq görməlidir. Zəngin və nemət sahibidirsə, bu da imtahan vasitəsi hesab olunmalıdır. Kasıbçılıq da onun üçün bir imtahandır.
 
Buna görə də ayələrin davamında belə buyurulmuşdur: "Xeyr, (heç vaxt insanın güman etdiyi kimi dünyada nemət sahibi olması onun izzətinə və çətinliyə düşməsi isə onun zillətinə dəlil deyil). Sərvət sizin izzətinizə necə dəlil sayıla bilər ki, siz yetimə hədiyyə etmirsiniz."
 
Ayələrdən aydın şəkildə görünür ki, insanın içində olduğu hər hal və vəziyyət onun imtahanıdır."

Google+ WhatsApp ok.ru