Müsəlman alimlərin təkfirçilik əleyhinə imzaladıqları tarixi vəhdət sənədi + FOTO

İraqın Nəcəf-Əşrəf şəhərinin "Dar ət-Turas” (Yazılı Miras Evi) müəssisəsi 172 il öncəyə aid olan tarixi bir sənədi nəşr edib. Sənəddə şiə və sünni alimləri təkfirçilik əleyhinə fətva imzalayıblar.
 
Bu "tarixi vəhdət sənədi” göstərir ki, 172 il öncə İraqın sünni və şiə alimləri bundan öncə də tarixdə öz fikri vəhdətlərini qoruya bilmiş və elə bu yöndə bir araya gələrək ölkələrini "vəhabilik” və "babilik” bəlasından qorumaq üçün təkfirçilik əleyhinə müştərək fətva veriblər.
 
İraqın Nəcəf-Əşrəf şəhərinin "Dar ət-Turas” (Yazılı Miras Evi) müəssisəsinin ümumi əlaqələr və infromasiya şöbəsinin müdiri Həsən Ə`səm bu xəbəri elan edərək deyib: Bu sənəd "BAB” adı ilə məşhur olan Əli Məhəmməd Şirazinin yalançı iddialarına möhkəm bir cavab olaraq imzalanmışdır. İraqın bütün sünni və şiə alimləri milad tarixi ilə 1844-cü ildə (1260 hq) "Təkfirçilik və İnkarçılıq (dindən çıxmaq, yalançı iddialar etmək, Allahlıq, peyğəmbərlik və ya imamlıq iddiası etmək) ilə mübarizə” adlı toplantıda bu sənədi imzalayıblar.
 
O əlavə etdi: Türkiyə Baş Nazirliyinin arxivindən götürülən və Osmanlı imperatorluğu dövrünə aid olan bu tarixi sənəd müsəlmanların tarixi vəhdətinin və dostcasına yaşamının möhkəm dəlilidir.
 
"Dar ət-Turas” (Yazılı Miras Evi) müəssisəsinin ümumi əlaqələr və infromasiya şöbəsinin müdiri dedi: Bu tarixi sənədin eni 70 cm və uzunluğu 100 sm-dir. Müəssisəmiz insanlar bu sənədin mətnini və imzalayanların adlarını rahat oxuya bilsinlər deyə bu sənədin komputer ilə işlənmiş versiyasını da çap etmişdir.
 
"BABİLİK” şiələrin azğın firqəsi sayılan və hicri-qəməri ilə 13-cü əsrdə yaradılan Şeyxiyyə firqəsindən ayrılan bir cərəyandır. Şeyxiyyə adı bu firqəni yaradan Şeyx Əhməd Ehsayinin adından götürülmüşdür. Əli Məhəmməd Bab sionizmin himayəsi ilə bu firqəni yaratmış, İmam Zamanın naibliyi, sonar Mehdilik və sonar da peyğəmbərlik iddiası etmişdir. Bundan sonar Təbriz zindanında edam edilmişdir. iqna /
 
 

Google+ WhatsApp ok.ru