Moskvada Əhli-Beyt (ə) aşiqlərinin əzadarlıq mərasimləri - Foto 03 Noyabr 2014 02:00 Məqalə Məhərrəmlik ayının ilk günündən Rusiyada yaşayan Əhli-Beyt (ə) aşiqlərinin iştirakı ilə Moskva və digər şəhərlərdə əzadarlıq mərasimləri təşkil olunur. Bunu maide.az-a Moskva Şiələrinin Dini Təşkilatının sədri Famil Cəfərov deyib. F.Cəfərovun sözlərinə görə, Moskva Şiələrinin Dini Təşkilatının Hüseyniyyəsində də dünyanın hər yerində olduğu kimi həm kişilər və həm də qadınlar üçün İmam Hüseyn əleyhissəlamın əzadarlıq məclisləri keçirlir. O, əlavə edib ki, Moskvada yaşayan yüz minlərlə insan şəhərin müxtəlif məscid və hüseyniyyələrində İmam Hüseyn (ə) və onun vəfalı silahdaşlarının əzasını matəm saxlayırlar. Qeyd edək ki, Hər axşam məscidlərdə şam namazının qılınmasından sonra əzadarlıq mərasimləri başlayır. Mərasimlərdə mərsiyələr, nohələr deyilir, Kərbəla hadisələri, imam Hüseynin (ə) şəxsiyyəti və həyatı barədə danışılır, dualar oxunur. / Teqlər : #Moskvada ƏhliBeyt (ə) aşiqlərinin əzadarlıq mərasimləri Foto, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Türkiyədə Əhli - Beyt (ə) aşiqlərinin əzadarlıq mərasimləri -foto HƏZRƏT ƏLİ ƏKBƏRİN (Ə) ŞƏHADƏTİ