MN: Azərbaycan Silahlı Qüvvələrinin ermənilərə məxsus mülki avtomobili vurması xəbəri yalandır 04 Fevral 2016 02:00 Hərb Azərbaycan Müdafiə Nazirliyi ermənilərə məxsus mülki avtomobilin vurulması barədə yayılan məlumatlara münasibət bildirib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Maide.az-a bildirilib ki, erməni tərəfi Azərbaycan-Ermənistan dövlət sərhədindəki təxribatı ört-basdır etmək və Azərbaycanı günahlandırmaq məqsədilə guya mülki şəxsə məxsus “VAZ-2106” markalı avtomobilin vurulması barədə absurd xəbər yayıb: "Azərbaycan Silahlı Qüvvələri beynəlxalq humanitar hüququn prinsip və normalarına riayət edərək heç vaxt dinc əhalini, mülki obyektləri və avtomobilləri atəşə tutmayıb. Bu kimi məlumatların heç bir əsası yoxdur və növbəti erməni yalanıdır". Teqlər : #MN: Azərbaycan Silahlı Qüvvələrinin ermənilərə məxsus mülki avtomobili vurması xəbəri yalandır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Müdafiə Nazirliyi 50 ədəd “NAZ-Lifan” avtomobili alacaq Azərbaycan Silahlı Qüvvələri düşmən mövqelərinə 128 dəfə atəş zərbəsi endirib
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'