Milli Şuranın sessiyası kecirilir: yeni üzvlər siyahı

Milli Şura  bu gün növbəti sessiyasını keçirir.
İnterpress.az xəbər verir ki, sessiyada Milli Şura sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli də iştirak edir. Sessiyada 8 üzvün quruma üzvlüyü məsələsi müzakirə edilir.
Qeyd edək ki, bir müddət əvvəl Şuraya üzvlüyə müraciət edənlər arasında polkovnik İsa Sadıqov, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid, Məhəmməd Talıblı kimi şəxslərin adları olsa da yeni üzvlərin qəbulu məsələsində əvvəllər fikirlər haçalandığından qəbul mümkün olmamışdı.
Milli Şuraya yeni qəbul edilən üzvlər bunlardir: Malahət Nəsibova,  Qanimət Zahid, Vahid Məhərrəmov ,  Məhəmməd Talıblı,  Yalçın Qəhrəmanli,  Araz Gündüz,  İsa Sadıqov.

Google+ WhatsApp ok.ru