Mübariz Qurbanlı: `Özəl qəbiristanlığa girən zaman elə bilirsən ki, muzeyə girirsən`

“Bütün məzarlıqlar eyni olacaq. İnsan vəfat edəndə onun üzərində qoyulan nişanə olmamalıdır. Sinə və baş daşı onunla digər bir insan arasında fərq olmayacaq. 
 
Maide.az xəbər verir ki, bunu Dini Qurumla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, özəl qəbiristanlığa girən zaman elə bilirsən ki, muzeyə girirsən: “Bu düzgün deyil. Qəbiristanlıqda məzar daşları biri-birindən fərqlənməməlidir. Bu qanun da hazırlanıb Nazirlər Kabinetinə təqdim olunub. Bu ya qanun, ya da qərar kimi veriləcək. Burada da əsas İslamın dəyərlərinin qorunmasıdır. Qaldı ki, özəl qəbiristanlıqlar, bunu hansısa şirkət, hansısa bir qurum yer götürəcək və orada həmin qaydalara uyğun qəbiristanlığı mühafizə eləmək, abadlaşdırmaq, qəbirlərin yerləşdirilməsi ilə bağlı məsələlər yeri icra hakimiyyətlərinin və bələdiyyələrin nəzarətində olacaq”.
 
Onun sözlərinə görə, qəbir yerlərinin pulla verilməsi məsələsi yoxdur və olmayacaq da:  “İndi də qəbir yerləri pulla verilmir. Müəyyən rüsumlar var, amma bu cüzidir. Bəzi adamlar deyir ki, qəbir yerləri satılır, bu düzgün deyil. Qəbir yerləri dövlətin ixtiyarındadır. Kifayət qədər yüksək rəqəmlərlə rastlaşan insanlar müvafiq qurumlara və dini komitəyə müraciət edə bilərlər”.

Google+ WhatsApp ok.ru