Matviyenko: Lenin o vaxt dəfn olunacaq ki... 01 Noyabr 2017 02:00 Xəbərlər -- Dəfn məsələsi referendum yolu ilə də həll oluna bilər Vladimir Lenin o vaxt dəfn olunacaq ki, bu məsələnin mübahisəsiz həll yolu tapılacaq. Maide.Az bildirir ki, Trend-in məlumatına görə, bunu Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko deyib. O, "Arqumentı i faktı" qəzetinə müsahibəsində qeyd edib ki, Qırmızı meydanda V.Lenin Rusiya tarixinin bir hissəsidir: "Və mən düşünürəm ki, belə məsələlərdə hər şeyi sındırıb-dağıtmaq olmaz. Əminəm ki, nə vaxtsa bu məsələ də həllini tapacaq, cəmiyyət konsensusa gələcək". V.Matviyenko bildirib ki, dəfn məsələsi referendum yolu ilə də həll oluna bilər: "Lakin bu, indinin və sabahın işi deyil". Teqlər : #Matviyenko: Lenin o vaxt dəfn olunacaq ki..., Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sumqayıta işləyən bəzi marşrut xətləri bağlandı: Şagirdlər çətinlik çəkir – VİDEO Azərbaycan və İran prezidentləri görüşüb - YENİLƏNİB