Masallıda sosial problemlərlə bağlı aksiya keçirilib 05 Dekabr 2016 02:00 Ölkə Dekabrın 4-də Masallı rayonunun Xoşçobanlı kənd sakinləri sosial problemlərlə bağlı aksiya keçiriblər. Onlar kəndə qazın verilməməsindən, istiliyin olmamasından narazılıq ediblər. Sakinlər bildiriblər ki, dəfələrlə Masallı Rayon İcra Hakimiyyətinə müraciət etsələr də nəticəsiz qalıb. Onlar yaranan problemlərə görə İcra Hakimiyyətini günahlandırırlar. Aksiya ilə bağlı Masallı Rayon İcra Hakimiyyətindən şərh almaq mümkün olmayıb. (azadliq.org) / Teqlər : #Masallıda sosial problemlərlə bağlı aksiya keçirilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hava şəraiti ilə bağlı xəbərdarlıq - Yollar buz bağlayacaq “JEK”lərə alternativ qurum təklif olunur