Maqnit qasırğası PROQNOZU verildi, nə qədər davam edəcək? - Rəsədxanadan cavab

Maqnit qasırğası PROQNOZU verildi, nə qədər davam edəcək? - Rəsədxanadan cavab

İyunun 10-12-də geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılır, lakin fasilələrlə kiçik həyəcanlaşmaların meydana gələcəyi də istisna edilmir.
 
Maide.Az bildirir ki, Bu barədə Trend-ə AMEA Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
 
Rəsədxanadan bildirilib ki, iyunun 10-11-də maqnit qasırğasının yaranması ehtimalı 5%-dən, 12 iyunda isə 25%-dən aşağı qiymətləndirilir.
 
Ümumilikdə iyunun 10-12-də Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.
 
Proqnoz dövründə Günəş küləyi parametrləri üçün fəal şərait davam edəcək. Əsasən 11-12 iyunda Günəş küləyinin güclənəcəyi gözlənilir.
 

Google+ WhatsApp ok.ru