İmam Rzanın (ə) hərəminin günbəzinə qara bayraq sancıldı -FOTO

İmam Rzanın (ə) hərəminin günbəzinə qara bayraq sancıldı -FOTO

 Məşhəd şəhərindəki İmam Rzanın (ə) mütəhhər hərəmində Həzrət Fatimeyi-Zəhranın (s.ə) müsibətli şəhadətinin növbəti ildönümünün gəlişi münasibətilə matəm hazırlığı işləri görülüb.

Maide.Az xəbər verir ki, hərəminin günbəzilə yanaşı, bütün minarələri, sütunlu dəhlizləri və meydanlarına da qara parçalara yazılmış dualar və şüarlar asılıb. 
 
Allah Rəsulunun (s) sevimli qızı, ismət və iffət nümunəsi, həzrət Siddiqeyi-Kubra, Fatimeyi-Zəhranın (s.ə) müsibətli şəhadət günləri “Əyyami-Fatimiyyə” adlanır. O xanımın şəhadəti ilə bağlı iki tarix qeyd olunmuşdur: Cəmadiul-əvvəl ayının 13-ü (Fevralın 11-i – Peyğəmbərin (s) vəfatından 75 gün sonra) və Cəmadius-sani ayının 3-ü (Mart ayının 2-i – Peyğəmbərin (s) vəfatından 95 gün sonra). Bu münasibətlə Əhli-beyt (ə) ardıcılları qeyd olunan hər iki tarixdə əzadarlıq məclisləri təşkil edir və o həzrətə matəm saxlayırlar.  Biz də bu münasibətlə Əhli-beyt ardıcıllarına başsağlığı veririk.
 

Google+ WhatsApp ok.ru